Professor Adil Qeybulla Tofiq Yaqublunu müayinə edəcəkbackend

Professor Adil Qeybulla Tofiq Yaqublunu müayinə edəcək

Penitensiar Xidmət professor Adil Qeybullanın həbsdə olan müsavatçı Tofiq Yaqublu ilə görüşməsinə, onu müayinə etməsinə icazə verib.

Bu barədə KONKRET.az-a vəkil Elçin Sadıqov məlumat verib.

Onun sözlərinə görə, görüş bu gün saat 17:00-da olacaq.

Qeyd edək ki, T.Yaqublu artıq 10 gündür aclıq etdiyini açıqlayıb.

Xatırladaq ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və yanında olan onun həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib.

O, ittihamları qəbul etmədiyini bildirir.

Hökmdən apellyasiya şikayəti verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*