Prokurorluq çobanın törətdiyi qətllə bağlı məlumat yaydıbackend

Prokurorluq çobanın törətdiyi qətllə bağlı məlumat yaydı

Tovuzda qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb.

KONKRET.az xəbər verir ki, Tovuz rayon prokurorluğundan verilən məlumata görə, noyabrın 18-də Tovuz rayonunda yerləşən fermalardan birində yanmış insan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla 1988-ci il təvəllüdlü Tovuz rayon sakini, qeyd edilən fermada çoban işləyən Eldar İbrahimovun aralarında yaranmış mübahisə zamanı 1998-ci il təvəllüdlü Nicat Məmmmədovun baş nayihəsindən dəmir alətlə vuraraq qəsdən öldürməsi və daha sonra cinayəti gizlətmək üçün fermanı yandırmasına əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Eldar İbrahimov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*