“Putin öldürüləcəyindən qorxur”.
KONKRET.az xəbər verir ki, bu barədə Sosial-İqtisadi Transformasiya İnstitutunun direktoru İlya Nesxodovski mənbələrə istinadən danışıb. Rusiya prezidenti Vladimir Putin fiziki likvidasiyadan qorxur, ona görə də uzun müddətdir ki, Kremlə getmir. Ukraynada müharibə başlayandan sonra o, xüsusi mühafizə olunan bunkerə köçüb.
“Putinin bunkerdə qalması ilə bağlı yayılan xəbərlər doğrudur. Bu kontekstdə onun Türkiyəyə getməsi ehtimalı demək olar ki, yoxdur. Kreml rəhbəri bütün əlaqələri məhdudlaşdırıb və onun öldürüləcəyindən qorxur. O, uduzduğu bu müharibədə çox şey qoymuşdu. Putin çox, çox qorxur. İndi onunla bütün söhbətlər yalnız onlayn olur. Heç kəsi özünə yaxın buraxmır”, – deyə Nesxodovski bildirib.
Mənbələrə görə, heç kim Putinə 10 metrdən yaxınlaşmamalıdır. Bütün söhbətlər onlayn aparılır. Üstəlik, o, öz müdafiəsinə belə etibar etmir.
Putin 1000 yaxın əməkdaşını işdən çıxarıb.
İşdən çıxarılanlar arasında mühafizəçilər, aşpazlar, paltaryuyanlar və katiblər də var.
Prezident fevral ayında işçilərini zəhərləyəcəklərindən qorxduğu üçün dəyişdirməyə başladı.
Xatırladaq ki, Ukraynada xüsusi əməliyyat başlayandan sonra o, xüsusi mühafizə olunan bunkerə köçüb.
Xuraman Etibarlı,
KONKRET.az
