Putin iranlı həmkarını namaza görə 10 dəqiqə gözləməli olub – FOTObackend

Putin iranlı həmkarını namaza görə 10 dəqiqə gözləməli olub - FOTO

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ölkə prezidenti İbrahim Rəisinin Rusiyaya səfəri zamanı rus həmkarı Vladimir Putin tərəfindən hörmətsizcəsinə qarşılanması barədə söz-söhbətlərə münasibət bildirib.

KONKRET.az xəbər verir ki, o, Rəisinin görüş zamanı namaz qıldığı müddətdə Rusiya liderinin gözləməli olduğunu deyib:

“Bu barədə qarşı tərəfə öncədən xəbər verilmişdi və İran Prezidenti digər otaqda namaz qılarkən V.Putin görüş otağında 10 dəqiqə gözləməli oldu”.

Qeyd edək ki, bəzi təhlilçilər V.Putinin iranlı həmkarını diplomatik etiketlərə uyğun olaraq qarşılamamasını, müzakirə masası əvəzinə yemək masasında oturulmasını İrana qarşı təhqir sayırlar.

Bizim.media

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*