“Putin kimyəvi və bioloji silahdan istifadə edəcək” – Rusiyanın iddiasına Baydendən ŞOK CAVABbackend

"Putin kimyəvi və bioloji silahdan istifadə edəcək" - Rusiyanın iddiasına Baydendən ŞOK CAVAB

“Sizi əmin edirəm ki, Birləşmiş Ştatların Avropada bioloji və kimyəvi silahı yoxdur”.

KONKRET.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden bildirib.

Bayden xüsusilə vurğulayıb ki, ABŞ-ın Ukraynada sözügedən silahı yoxdur. ABŞ Prezidenti qeyd edib ki, Rusiya Vaşinqton və Kiyevi boş yerə günahlandırmır, bu, Vladimir Putinin hər iki növdən istifadəni nəzərdən keçirdiyinin açıq göstəricisidir.

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi ABŞ-ın Ukraynada bioloji laboratoriyanın fəaliyyətinə 200 milyon dollardan çox pul xərcələməsi ilə bağlı əminliklə çıxış etmişdi. Hətta belə laboratoriyaların olması ilə bağlı sənədləri ələ keçirdiyini və bir müddət sonra ifşa edəcəyini bildirmişdi.

Vəsilə İbrahim,

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*