Putin, Makron və Şolts Rusiyanın Ukrayna ilə bağlı tələblərini müzakirə etdilər  – YENİLƏNİBbackend

Putin, Makron və Şolts Rusiyanın Ukrayna ilə bağlı tələblərini müzakirə etdilər - YENİLƏNİB

Rusiya, Fransa və Almaniya liderləri Moskvanın Ukrayna ilə bağlı tələblərinin yerinə yetirilməsi üçün işlənən razılaşmalarla bağlı məsələləri müzakirə ediblər.

KONKRET.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Vladimir Putin Emmanuel Makron və Olaf Şoltsu Rusiyanın Ukraynada hərbi əməliyyatlar zamanı dinc əhaliyə qarşı ehtiyatla davranması barədə məlumatlandırıb.

Putinin sözlərinə görə, əksinə, Ukrayna təhlükəsizlik qüvvələri tərəfindən beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulması ilə bağlı çoxsaylı faktlar mövcuddur. Bunlara müxalifət nümayəndələrinə qarşı məhkəmədənkənar repressiyalar, onların girov götürülməsi və mülki şəxslərdən canlı qalxan kimi istifadə edilməsi, yaşayış məntəqələrində, xəstəxanaların, məktəblərin yaxınlığında ağır silahların yerləşdirilməsi daxildir.

Hər 3 lider Ukraynadakı vəziyyətlə bağlı təmasların davam etdirilməsi barədə razılığa gəliblər.

***

 15:48

Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şolts Rusiya Prezidenti Vladimir Putinə zəng ediblər.

KONKRET.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Telefon danışığı zamanı əsas müzakirə mövzusunun Ukraynadakı müharibə olduğu bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*