“Putin Ukraynada məqsədinə çatmayıb” – Dmitri Peskov ETİRAF ETDİbackend

"Putin Ukraynada məqsədinə çatmayıb" - Dmitri Peskov ETİRAF ETDİ

“Rusiyanın Ukraynadakı hərbi əməliyyatları əvvəlcədən müəyyən edilmiş plan və məqsədlərə uyğun aparılır”.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov bildirib.

O, “Putin Ukraynada istədiyinə çatıbmı?” sualına belə cavab verib:

“Hələ ki yox. Hələ çatmayıb”.

Xatırladaq ki, Rusiya Ukraynaya qarşı fevralın 24-də müharibəyə başlayıb.

Müharibənin 28-ci günü olmasına baxmayaraq, Rusiya Ukraynanın böyük şəhərlərinin heç birində uğur qazana bilməyib. Ukrayna Müdafiə Nazirliyinin yaydığı məlumatlara görə Ukrayna SQ cəbhədə Rusiya qoşunlarına qarşı inadla mübarizə aparır.

 

Vəsilə İbrahim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*