Ərdoğan və Putin arasında telefon danışığı baş tutub.
KONKRET.az xəbər verir ki, Türkiyə lideri rusiyalı həmkarına Türkiyənin Ukraynada gərginliyin azaldılması və sülhün bərqərar olmasına töhfə verməyə hazır olduğunu bildirib.
O, Ukraynadakı vəziyyətin Minsk razılaşmaları əsasında həll edilməli olduğu fikrini bildirib.
“Ukraynadakı hərbi münaqişə heç kimə sərfəli deyil, Türkiyə diplomatik təmasların və danışıqların davam etdirilməsinin tərəfdarıdır”, – TASS Türkiyə liderinin sözlərindən sitat gətirib.
Ərdoğan həmçinin qeyd edib ki, Putinin Türkiyəyə səfərini çox yaxın vaxtlarda gözləyir.
Xuraman Etibarlı,
KONKRET.az
