Putindən NATO-ya SƏRT SÖZLƏR: “Əfqanıstanda baş verənlərə görə…”backend

Putindən NATO-ya SƏRT SÖZLƏR: "Əfqanıstanda baş verənlərə görə..."

Rusiya Prezidenti Vladimir Putin 20 ildir Əfqanıstanda olan NATO dövlətlərinin bu ölkədə yaşanan problemlərdən məsul və onların etməli olduğu işin Əfqanıstanın maliyyə fondlarını dondurmamaq və ölkədə sosial, iqtisadi problemlərin həllinə imkan vermək olduğunu deyib.

KONKRET.az xəbər verir ki, Rusiya lideri Beynəlxalq Valday Klubunun Soçidəki toplantısında çıxışı zamanı bunu deyib.

Əfqanıstanda mövcud olan vəziyyətin normallaşması üçün iqtisadiyyatın yenidən qurulmasını vacib sayan Putin Çin, və Rusiya kimi Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin bu prosesə qatılmasının önəminə diqqət çəkib.

Deyib ki, Əfqanıstanda yaşanan əsas problemlərin məsuliyyəti 20 ildir bu ölkədə savaşan NATO ölkələrindədir:

“Məncə, indi ilk görəcəkləri addım Əfqanıstan maliyyə ehtiyatlarını dondurmamaq, bu ölkədə prioritet təşkil edən sosial və iqtisadi problemlərinə həllinə imkan verməkdir”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*