Putinə aid olduğu iddia edilən saraydan yeni görüntülər – VİDEObackend

Putinə aid olduğu iddia edilən saraydan yeni görüntülər – VİDEO

Rusiya prezidenti Vladimir Putinə məxsus olduğu iddia edilən Qara dəniz sahillərində 1,3 milyard dollarlıq lüks sarayın yeni görüntüləri mediaya sızdırılıb.

KONKRET.az xəbər verir ki, fotolar Putinin əsas müxalif rəqiblərindən olan, məhkum Aleksey Navalnınin rəsmi saytında yayımlanıb.
Gizli tunel, üzmə hovuzu, buz meydançası, kilsə, teatr və idman zalı olan sarayda əvvəllər yayımlanan Putinin yataq otağı olduğu deyilən yerin görüntüləri xeyli müzakirələrə səbəb olub.

Son olaraq isə saraydakı striptiz zalının görüntüləri paylaşılıb. Əvvəllər evin planlarına uyğun olaraq striptiz zalının kompüterdə yaradılan nümunəsi də yayımlanıb.

Putinə məxsus olduğu iddia edilən Qara dəniz sahillərindəki sarayın ilk görüntüləri ötən il yayımlanıb və 24 saat içində 20 milyondan artıq izlənib. Putin sarayın ona və ya yaxın qohumların aid olduğu iddialarını yalanlayıb. Rusiya prezidentinin yaxın adamlarından rus milyarder Arkadi Rotenberq isə sarayın Putinə aid olduğunu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*