“Qadına deyilən “kimsə saxlayır“ sözünü qəbul etmirəm“ – Tanınmış aparıcıbackend

“Qadına deyilən “kimsə saxlayır“ sözünü qəbul etmirəm“ - Tanınmış aparıcı

Tanınmış aparıcı, aktrisa Könül Yusifqızı pandemiya dövründə dolanışığı ilə bağlı məlumat verib.

KONKRET.az xəbər verir ki, Moderator.az-a danışan aktrisa ad çəkməsə də yaxın adamının ona maddi dəstək olduğunu deyib:

“Gəlirim ümumiyyətlə yoxdur, heç yoxdur. Doğma bir insan mümkün qədər mənə kömək olur. Buna da şükür. Pis gün bir gün olar, bir ay olar, üç ay olar, 9-10 aya bir şey qalar?”

Sənətçi “indi deyəcəklər ki, Könül Yusifqızını kimsə “saxlayır”” sualına da cavab verib:

“Mənim fikrim şəhidlərimizə, əsgərlərimizə, qazilərimizə köklənib. Bu ərəfələrdə amalım bir vətəndaş olaraq etdiyim, gördüyüm işlə dövlətimin, dövlətçiliyimin, sevdiyim prezidentimin yanında olmaqdır. Bu mənim vətəndaş mövqeyimdir. Sizin sözünüzə gəldikdə isə “saxlayır” sözünü qəbul etmirəm. Qadın antikvar əşya deyil ki, kimsə onu saxlasın. Xanım sevdiyi, seçdiyi, könül verdiyi kişi ilə sevgili ola və ya ailə həyatı qura bilər. Tək deyiləm… Özümdən başqa qızım və pişiyim də var”.

“Qadına deyilən “kimsə saxlayır“ sözünü qəbul etmirəm“  - Tanınmış aparıcı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*