Qalmaqallı veriliş Rusiya “Birinci kanal”ının saytından silinibbackend

Qalmaqallı veriliş Rusiya "Birinci kanal"ının saytından silinib

Rusiyanın “Birinci kanal”ının saytından “Zaman göstərəcək” (“Vremya pokajet”) proqramının mayın 7-də efirə gedən buraxılışı silinib. Həmin verilişdə mövcud olmayan “Dağlıq Qarabağ” adlı qurumun adının keçdiyi təhrif edilmiş Azərbaycan xəritəsindən istifadə edilmişdi.

KONKRET.az xəbər verir ki, sözügedən süjet daha əvvəl rəsmi Bakının sərt reaksiyasına səbəb olmuşdu.

Azərbaycan Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, belə xəritənin Rusiya dövlət kanalında nümayiş etdirilməsi ciddi təxribat və yolverilməz siyasi manipulyasiyadır.\\oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*