Qanlı qarşıdurma: 21 nəfər həyatını itirdibackend

Qanlı qarşıdurma: 21 nəfər həyatını itirdi

Meksikanın ABŞ sərhədi yaxınlığında silahlı şəxslərlə təhlükəsizlik qüvvələri arasında qarşıdurma baş verib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, nəticədə 21 nəfər həyatını itirb. Onlardan 4-ü polis əməkdaşı olub. İtkin düşən bəzi bələdiyyə işçilərinin hələ də tapılmadığı bildirilir.

Coahuila əyalətinin qubernatoru Miguel Angel Riquelme deyib ki, silahlı şəxslər Villa Union qəsəbəsindəki yerli hökumət binalarına hücum edib. Həmçinin bələdiyyə binalarına atəş açılıb, avtomobillər yandırılıb. Təhlükəsizlik qüvvələri barışığı təmin etmək üçün bir neçə gün şəhərdə qalacaq.

Keçən il 120 milyon əhalisi olan Meksikada törədilən 35 min 964 cinayətin əksəriyyəti narkotik kartellərlə bağlı olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*