“Qarabağ” “Kəpəz” matçında 8 qol vuruldubackend

Qarabağ” “Kəpəz” matçında 8 qol vuruldu

Misli Premyer Liqasında 12-ci turun oyunları davam edir.

KONKRET.az xəbər verir ki, son çempion “Qarabağ” “Kəpəz”i qəbul edib. Matçda 8 qol vurulub. “Qarabağ” rəqibini darmadağın edib – 7:1.

Bu qələbə ilə xalını 23-ə yüksəldən Ağdam təmsilçisi liderliyə yüksəlib. 2-ci pillədəki “Zirə” sabah “Sabah”ı məğlub etsə, yenidən liderliyi bərpa edəcək.

Günün son qarşılaşmasında “Araz-Naxçıvan” “Sumqayıt”ın qonağı olacaq. Bu oyuna saat 18:00-da start veriləcək.

Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

4 noyabr (şənbə)

16:00.“Qarabağ” – “Kəpəz” – 7:1 

Qollar: Yassin Benzia, 2, 15, 43, Leandro Andrade, 13, 50, Olavio Juninyo, 37, Nəriman Axundzadə, 63 – Adama Niane, 18

Hakimlər: Emin Əliyev, Müslüm Əliyev, Rahil Ramazanov, Rəvan Həmzəzadə

Tofiq Bəhramov adına Respublika Stadionu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*