Futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub.
KONKRET.az xəbər verir ki, turun son matçında “Qarabağ” “Keşlə”ni qəbul edib.
“Azərsun Arena”dakı qarşılaşma Ağdam təmsilçisinin 6:1 hesablı qələbəsi ilə başa çatıb.
4-cü dəqiqədə Filip Ozobiç, 12-ci dəqiqədə isə Bədavi Hüseynov fərqlənib. 26-cı dəqiqədə “Keşlə”nin heyətində Vüsal İsgəndərli fərqi azaldıb. Daha sonra 38-ci dəqiqədə Ovusu Kvabena, 60-cı dəqiqədə Filip Ozobiç, 65-ci və 89-cu dəqiqədə isə Mahir Emreli darmadağında pay sahibi olub.
Bir oyun az keçirən və xallarının sayını 12-ə çatdıran “Qarabağ” üçüncü pilləyə yüksəlib. Paytaxt klubu isə 9 xalla 5-ci sıradadır.
Qeyd edək ki, bu gün keçirilmiş “Sumqayıt” – “Neftçi” matçında hesab açılmayıb. İlk oyun günündə “Qəbələ” “Sabah”ı 2:1 hesabı ilə üstələyib. “Zirə” – “Səbail” görüşündə isə qapılara qol vurulmayıb.
