“Qarabağ” xal itirdibackend

Qarabağ” xal itirdi

Misli Premyer Liqasında 22-ci tura start verilib

KONKRET.az xəbər verir ki, ilk oyun günündə lider “Qarabağ” 5-ci pillədəki “Sabah”ı qəbul edib.

Matçda 6 qol vurulub. Komandalar hərəyə iki dəfə penaltidən fərqləniblər. “Qarabağ” son dəqiqə qolu ilə 1 xal qazanıb.

Sözügedən komandalar bu ay Azərbaycan kubokunun 1/4 finalında da üz-üzə gəliblər. Ağdam təmsilçisi 2 oyunun nəticəsinə (7:1, 3:4) əsasən yarımfinala yüksəlib.

Qeyd edək ki, turun digər qarşılaşmaları 12-13 fevral tarixlərində keçiriləcək.

22-ci tur

11 fevral (bazar)

19:00. “Qarabağ” – “Sabah” – 3:3 

Qollar: Marko Yankoviç, 31-pen., Olavio Juninyo, 64-pen., Yassin Benzia, 90+7 – İshak Belfodil, 45+1-pen., 54-pen., Tellur Mütəllimov, 90+5 (2:3),

Tofiq Bəhramov adına Respublika Stadionu

12 fevral (bazar ertəsi)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*