Qarabağa peşəkar muzdlular köçürülür – VİDEObackend

Qarabağa peşəkar muzdlular köçürülür – VİDEO

Ermənilər işğal altındakı ərazilərimizdə süni məkunlaşdırma aparmaqla beynəlxalq hüquq normalarını, prinsiplərini, Cenevrə konvensiyasını, müxtəlif sazişləri ayaq altına atırlar, həmin beynəlxalq hüquqi sənədləri qəsdən pozurlar.

Bunu KONKRET.az-a açıqlamasında politoloq Fikrət Sadıqov Ermənistanın işğal etdikləri Azərbaycan ərazilərində süni məskunlaşdırma aparmasından və Livandan ermənilərin köçürülüməsindən danışarkən deyib. Politoloq bildirib ki, ermənilərin işğal olunmuş ərazilərdə süni şəkildə köçürülmə və məskunlaşdırma aparması məqsədyönlüdür:

“Livan ermənilərinin Dağlıq Qarabağa yerləşdirilməsinin bir neçə səbəbi var. Birincisi, Azərbaycanın işğal etdikləri ərazilərini erməniləşdirmək istəyirlər. İkincisi, sonra da dünyaya bəyan edəcəklər ki, guya, burada eramızdan əvvəl ermənilər yaşayıb. Həmin köçürülənlər də guya “eradan əvvəlki əcdadlarının” “varisləri”dir”.

Politoloq bildirib ki, Livandan köçürülən erməni ailələrlə yanaşı, Dağlıq Qarabağa terrorçu qruplar da gətirilir:

“Bu məqamda diqqət ediləsi nüanslardan biri də ermənilərin nəinki Qarabağdan, həm də Ermənistandan kütləvi köçüdür. Bu halda hansı vədlərlə və kimlər Dağlıq Qarabağa yerləşdirilir? Onlara hansı şəraiti və necə yaradırlar? Bu baxımdan, köçürülənlərin muzdlular olması ehtimalı çox yüksəkdir. Hesab edirəm ki, bu, hazırda Ermənistanın müharibə hazırlığının tərkib hissəsidir”. axar.az

  • Zamina Elturan
    Sentyabr 13, 2020 - 14:09

    Boyu yerə girsin ermənilərin.Bunlar qaraçı soyundandırlar.

  • Profesor
    Sentyabr 13, 2020 - 18:33

    Mustafa Kemal Atatürk, 1920 ilinde, İsatanbul qerb devletleri tarafında işkal olunça, bele demişti: Geldiği kimi gederler
    Bunlarda Şuşa’dan geldiği kimi gederler, hiç kimsenin şüphesi olmasın.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*