“Qarabağlılar Qarabağda yaşamalı, həm də təhlükəsiz yaşamalıdırlar”.
“KONKRET.az xəbər verir ki, bunu “Vətəndaş müqaviləsi” fraksiyasnın deputatı Andranik Koçaryan jurnalistlərlə söhbətində deyib.
Qeyd edək ki, “Vətəndaş müqaviləsi” fraksiyası dünən Baş nazir Nikol Paşinyanla görüşüb.
“Suallar var idi, Baş nazir paylaşdı. Ondan bir çox suala cavab aldıq, ətrafımız, tariximiz boyu bizi müşayiət edən təhlükəsizlik riskləri haqqında çox yaxşı təsəvvürüm oldu. Biz dərk etməliyik ki, müstəqilliyimizi əldə edəndə sonradan müstəqilliyimizi itirdik. Lakin ittifaq strukturunda yarımmüstəqil olmuşuq, inkişaf etmişik, sonra yenidən müstəqillik əldə etmişik.
Bizim ərazimiz həmişə intiriqaların, digər maraqların və istəklərin toqquşmasının mərkəzində olub.
Bu gün bizim bu müstəsna fürsəti əldən verməyə haqqımız yoxdur: “Qarabağlılar Qarabağda yaşamalı, həm də təhlükəsiz yaşamalıdırlar”. – deyə Koçaryan bildirib.
O, həmçinin qeyd edib ki, “Sülh müqaviləsi” üzərində işləyirlər, görüşlər keçirilir.
“Sülh gündəminə çatmaq üçün biz ilk növbədə ölkəmizdə mütləq həmrəyliyə nail olmalıyıq”, -deyə erməni deputat vurğulayıb.
Xuraman Etibarlı,
KONKRET.az
