İyulun 11-də axşam saatlarında Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi yaxınlığında nəzarətsiz ərazidə dənizdə batmış 3 nəfərdən sonuncusunun – 2007-ci il təvəllüdlü Ağaşirin Ramin oğlu Ağayevin cəsədi bu gün günorta saatlarında suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
KONKRET.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, Ağaşirin Ağayevin axtarış əməliyyatında FHN Aviasiya dəstəsinin bir ədəd helikopterindən də istifadə olunub.
Bununla yanaşı, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri də əməliyyatda iştirak ediblər.
Xatırladaq ki, dünən axşam FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi yaxınlığında nəzarətsiz ərazidə dənizdə üç nəfərin – 2007-ci il təvəllüdlü Ağaşirin Ramin oğlu Ağayev, 2008-ci il təvəllüdlü Abid Asif oğlu Aslanov və 2009-cu il təvəllüdlü Anar Asif oğlu Aslanovun batması barədə ilkin məlumat daxil olub. Bu gün səhər saatlarında üç nəfərdən ikisinin – Abid və Anar Aslanovların cəsədləri suda tapılaraq aidiyyəti üzrə təhvil verilib.
***
İyulun 11-də axşam saatlarında Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi yaxınlığında nəzarətsiz ərazidə dənizdə batmış 3 nəfərdən ikisinin – 2008-ci il təvəllüdlü Aslanov Amid Asif oğlu və 2009-cu il təvəllüdlü Aslanov Anar Asif oğlunun cəsədi bu gün səhər saatlarında suda tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bu barədə KONKRET.az-a FHN-dən bildirilib.
Məlumata görə, batdığı ehtimal olunan üçüncü şəxs – 2007-ci il təvəllüdlü Ağayev Ağaşirin Ramin oğlunun axtarış əməliyyatının daha da intensivləşdirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin 1 ədəd helikopteri də axtarış işlərinə cəlb olunub.
Bununla yanaşı, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvəlləri də əməliyyatda iştirak edir.
