backend

Qaya parçası evin üzərinə düşdü 

Türkiyənin Antalya şəhərinin Alanya ilçəsində torpaq sürüşməsi zamanı nəhəng qaya parçası 30 metr hündürlükdən evin üzərinə düşüb.

KONKRET.az xəbər verir ki, hadisə zamanı Çetinkaya ailəsi evdə olub, xoşbəxtlikdən heç kim xəsarət almayıb. Lakin evin divarına ciddi ziyan dəyib.

Ev sahibi Engin Çetinkaya bildirib ki, həmin qaya parçası vətəndaşlardan birinə məxsus həyətyanı sahədə olub. Lakin o, dəfələrlə torpaq sahibinə mümkün təhlükə barədə xəbərdarlıq etsə də, hər hansı tədbir görülməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*