Qazaxda “TIR” aşdı – Türkiyə vətəndaşı xəstəxanalıq oldubackend

Qazaxda “TIR” aşdı - Türkiyə vətəndaşı xəstəxanalıq oldu

Qazaxda avtomobilin aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az-ın məlumatına görə, Bakı-Qazax magistral yolunun rayonun Yuxarı Salahlı kəndindən keçən hissəsində hərəkətdə olan “Mercedes” markalı “TIR” yük maşınının sürücüsü idarəetməni itirib.

Nəticədə yük avtomobili yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü 1983-cü il təvəllüdlü Türkiyə vətəndaşı Jokan Oskan müxtəlif dərəcəli bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Həkimlərin ilkin yardım göstərməsindən sonra sürücünün vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*