Qazaxıstan Prezidenti etirazlara görə nazir müavinini İŞDƏN ÇIXARDIbackend

Qazaxıstan Prezidenti etirazlara görə nazir müavinini İŞDƏN ÇIXARDI

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müdafiə nazirinin müavini Darın Tuyakovu vəzifəsindən azad edib.

KONKRET.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Dövlət başçısının sərəncamı ilə Tuyakov Darın Şılbınoviç Qazaxıstan Respublikası müdafiə nazirinin müavini vəzifəsindən azad edilib”, – deyə məlumatda bildirilir.

Tokayev bir gün əvvəl bildirib ki, o, Murat Bektanovu müdafiə naziri vəzifəsindən azad edib, çünki nazir yanvar hadisələri zamanı komandanlıq qabiliyyəti nümayiş etdirə bilməyib.

Onun sözlərinə görə, Qazaxıstan Silahlı Qüvvələri “etibarsız və səriştəsiz rəhbərlik ucbatından” onların qarşısında qoyulan tapşırıqları yerinə yetirməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*