Qazaxıstanda baş verən kütləvi davada ölənlərin sayı 10-a çatdıbackend

Qazaxıstanda baş verən kütləvi davada ölənlərin sayı 10-a çatdı

Qazaxıstanın Jambıl vilayətinin Kordayı bölgəsində baş verən iğtişaşlar nəticəsində ölənlərin sayı on nəfərə çatıb.

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu haqda məlumatı “Хабар 24” telekanalı yayıb.

Kanaldan verilən məlumata görə, kütləvi dava zamanı aldığı xəsarətlər nəticəsində iki nəfər xəstəxanada ölüb, buna görə də ölənlərin sayı on nəfərə çatıb.

Qeyd edək ki, Kordayı bölgəsində minə yaxın insanın iştirak etdiyi kütləvi dava olub.

137 nəfər tibbi yardım istəyib, onlardan 37-si xəstəxanaya yerləşdirilib, 9-u hələ də reanimasiyadadır. Eyni zamanda, 30-a yaxın ev, 23 maşın, 15 mağaza yandırılıb

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*