“Qazprom” Latviyaya qaz nəqlini DAYANDIRDIbackend

“Qazprom” Latviyaya qaz nəqlini DAYANDIRDI

Rusiyanın “Qazprom” şirkəti alıcının seçim şərtlərini pozması səbəbindən Latviyaya təbii qaz nəqlini dayandırıb.

KONKRET.az “Interfax”a istinadən xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

“Bu gün “Qazprom” təbii qaz seçimi ilə bağlı şərtləri pozduğuna görə, iyul sifarişi çərçivəsində Latviyaya qaz nəqlini dayandırıb”, –  şirkətin bəyanatında bildirilib.

“Qazprom”un hesabatlarına görə, 2020-ci ildə Latviyaya 1,622 milyard kubmetr, 2019-cu ildə isə 1,664 milyard kubmetr qaz nəql edilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*