Qəbələdə şadlıq evinin icarədarı 4000 manat cərimələndibackend

Qəbələdə şadlıq evinin icarədarı 4000 manat cərimələndi

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktik tədbirlər zamanı şəhər ərazisində yerləşən “Çinar” şadlıq sarayında karantin qaydalarının pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan KONKRET.az-a verilən məlumata görə, şadlıq sarayında keçirilən toy mərasimində iştirak edən qonaqların bəzilərinin COVID-19 pasportu olmadığı, xidmət personalının tibbi maskadan istifadə etmədiyi müəyyən edilib.

Aşkarlanmış qayda pozuntularına görə, obyektin icarədarı Arif Əzimov inzibati məsuliyyətə cəlb olunaraq 4 min manat məbləğində cərimələnib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*