Qərb Rusiya neftinə qarşı sanksiyaları təxirə salırbackend

Qərb Rusiya neftinə qarşı sanksiyaları təxirə salır

Qərb dövlətləri dünyada enerji böhranının daha da pisləşməsindən qorxduqları üçün Rusiya neftinə qarşı yeni məhdudlaşdırıcı tədbirlərin tətbiqini təxirə salıblar.

KONKRET.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Hələ iyunun əvvəlində Aİ şirkətlərə Rusiya Federasiyasından neft daşıyan gəmiləri sığortalamağı qadağan etmişdi. Böyük Britaniya hələ də sanksiyalara qoşulmayıb. May ayında Avropa İttifaqı və London belə bir qadağanı birgə tətbiq etmək barədə razılığa gəlmişdilər, lakin Böyük Britaniya yalnız Rusiyadan krallığın özünə neft daşıyan gəmilərin sığortasını qadağan etməklə kifayətlənmişdi.

Ekspertlərin fikrincə, Qərb ABŞ-da ifadə olunan narahatlıqlar səbəbindən Rusiya neftinə qarşı məhdudlaşdırıcı tədbirləri təxirə salıb. Belə ki, Vaşinqtonda neftin qiymətinin kəskin bahalaşmasından və tam qadağa səbəbindən tədarük çatışmazlığının yaranmasından ehtiyat edilir.//Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*