backend

Qida Təhlükəsizliyi Agentliyi öz rəhbərinin şirkətinin mallarını alır

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Medeks” MMC ilə laborator sərf materiallarının satın alınmasına dair müqavilə imzalayıb. Konkret.az Azpolitika.info-ya istinadən verdiyi xəbərə görə, “Medeks” MMC-nin rəhbəri Agentliyin direktoru Qoşqar Təhməzlidir.  Qeyd edək ki, Dövlət Satınalmaları Reyestrinə əsasən, müqavilə iyunda keçirilmiş qiymət sorğusunun nəticələrinə əsasən təqdim edilib. Müqavilənin dəyəri 43,2 min manatdır ($25,4 min).

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*