“Qismət”: “Qələbə bayragı” şanlı qələbəmizdən xəbər verir – VİDEObackend

"Qismət": "Qələbə bayragı" şanlı qələbəmizdən xəbər verir - VİDEO

“Bu günlərdə xalqımız ən sevincli, qürurverici anlarını yaşayır. Müzəffər Ordumuz 10 noyabr şanlı qələbəsi ilə bizi əzəli və əbədi torpaqlarımıza qovuşdurdu. Artıq yurd nisgilli günlərimiz arxada qaldı. Biz indən sonra daha böyük əzm və ruh yüksəkliyi ilə qurub-yaratmalı, gələcək nəsillərə töhfələrimizi verməliyik”.

Bu sözləri Vətən müharibəsində böyük qələbəmiz münasibətilə “Qələbə bayrağı” adlı yeni klipini təqdim edən tanınmış müğənni Tural Qismət bildirib. O qeyd edib ki, Azərbaycan Ordusunun düşmən üzərindəki qələbəsi xalqımızı gələcəyə daha da ruhlandırıb.

“Bu zəfər sənət adamlarına da bundan sonra daha böyük həvəs və enerji ilə fəaliyyət göstərməyə stimul verir”‘, – deyən müğənni bir zəngilanlı kimi üzərindən qaçqın adının götürüldüyündən qürur duyduğunu qeyd edib.

KONKRET.az “Qismət” qrupunun qələbə ruhlu klipini təqdim edir:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*