Moskvada Qızıl Meydanda hərbi parad başlayıb.
KONKRET.az xəbər verir ki, böyük qələbənin 80 illiyi münasibətilə keçirilən tədbirdə iştirak etmək üçün Rusiyaya 20-dən çox ölkənin dövlət başçısı gəlib.
Paradda ənənəvi olaraq, piyadaların keçidi, hərbi texnikanın nümayişi və aviasiyanın uçuşu planlaşdırılıb.
Azərbaycan hərbçiləri də paradda iştirak edir.