Qlobal müharibələr qlobal inqilablar gətirir: Yeni inqilablara hazırıqmı? – “American Thinker”-in TƏHLİLİbackend

Qlobal müharibələr qlobal inqilablar gətirir: Yeni inqilablara hazırıqmı? - “American Thinker”-in TƏHLİLİ

Tarixin bir neçə mühüm dərsi var. Bu dərslər o qədər açıqdır ki, onlara təkrar-təkrar məhəl qoyulmadığını görmək üzücüdür. Məsələn, Qışda heç vaxt Rusiyaya hücum etməyin, Asiyada heç vaxt quru müharibəsinə qarışmayın və s. Ümumiyyətlə, qlobal inqilaba hazır deyilsinizsə, heç vaxt qlobal müharibəyə aparan yola çıxmayın.

Biz insanlar qəribə məxluqlarıq. Əla duyğu qavrayış vasitələrimiz var. Lakin biz çox vaxt yöndəmsiz şəkildə kərpic divara çırpılırıq. Çünki biz yeriyəndə sadəcə irəliyə baxmırıq. Tarix hər zaman təkrarlanır. Hansısa problemin gələcəyini proqnozlaşdırmaq olar. Lakin öncə anoloji hadisənin keçmişinə baxmaq lazımdır.
Çox təəssüf ki, hər dəfə bu dəmir məntiqi unuduruq. Məhz buna görədir ki, indi ABŞ başda olmaqla Qərbin Rusiya və Çinlə qarşıdurmaya girdiyi bir vaxtda biz yenə növbəti qlobal müharibənin astanasındayıq (Görünür, Birinci və İkinci Dünya müharibələri kifayət qədər dağıdıcı olmayıb). İstər-istəməz fikirləşirəm ki, bəzi ölkələr birdən-birə öz qəbirlərini öz əlləri ilə qazmağa qərar veriblər.

Yada salaq ki, qlobal müharibələr, bir qayda olaraq, “əvvəlki” tarixi “sonrakı” tarixdən ayıran parlaq əlamətlərə malikdir. Cəmiyyətlər dəyişir. Yeni ideyalar birinci gəlir. İqtisadiyyatlar çevrilir. İnanılmaz nisbətdə bədbəxtlik və qəddarlıq daşıyan köhnə, kök salmış əmrlərə qarşı iğtişaşlar həmişə yüksəlir.

XVIII əsrin ortalarında “Yeddiillik müharibə”də İngiltərə və Fransa qlobal hökmranlıq üçün bir-birləri ilə vuruşduqları halda, Amerika koloniyaları Fransa və Hindistan müharibəsində çiyin-çiyinə vuruşaraq tədricən öz milli kimliklərini “saxtalaşdırdılar”. Beləliklə, ingilislər sonradan öz “itaətkar” amerikalı təbəələrindən 10 il davam edən silahlı münaqişə nəticəsində yığılmış borcları ödəmək üçün lazım olan yeni vergiləri toplamağa məcbur etməyə gələndə, çoxdan öz dövlətlərini idarə etməyə vərdiş etmiş kolonistləri gördülər. Bax reallıq budur. Qlobal müharibə olmasa idi, “möhür rüsumu” belə qanunu olmazdı. “Nümayəndəlik olmadan vergi yoxdur” ruhunda kolonistlərin heç bir bəyannaməsi olmazdı. “Həyatı, azadlığı və xoşbəxtlik axtarışını” müdafiə edən Müstəqillik Bəyannaməsi olmazdı. Beləcə gözlənilməz nəticələr status-kvoya ağrılı zərbə oldu. Elə deyilmi?

O zaman İngiltərə Şimali Amerikanın çox hissəsini itirsə də, fransız aristokratiyasının taleyi heç gülmədi. Amerika müstəqillik müharibəsi üçün pul ödəməklə Kral XVI Lüdovik ölkəsininin iflasının, Fransa İnqilabının və “Terror Əsri”nin əsasını qoydu. Bu prosesdə itirən Avropa, konkret olaraq İngiltərə və Fransa oldu.

XVIII əsrin iki fövqəldövləti arasındakı müharibə ona gətirib çıxardı ki, onlardan biri öz Amerika müstəmləkələrindən alçaldıcı məğlubiyyət aldı, ikincinin isə hakimiyyətinin başı kəsildi- sözün əsl mənasında!

Yəqin ki, yeddi illik müharibə olmasaydı, on ildən sonra Amerika koloniyalarının müstəqilliyi uğrunda müharibə olmazdı. İki qlobal güc bir-biri ilə müharibə etməsəydi, bəlkə də, Amerika azadlıq qazanmazdı.

Birinci Dünya müharibəsi də qlobal güclər üçün amansız oldu. Uzaq qohumlar – Kayzer II Vilhelm və Çar II Nikolay arasında liderlik uğrunda mübarizə kimi başlayan, Avstriya hersoqu Frans Ferdinandın öldürülməsindən sonra ittifaqlar gücləndikcə görünməmiş qırğına çevrildi və sonda Avropa aristokratik sülalələrinin əksəriyyətinin süqutuna səbəb oldu.

Ona görə də, müharibə böyük dövlətlər üçün çətin sınaqdır. Bəs yeni başlayan müharibədən kimlər məğlub çıxacaq? Cavab üçün tarixə baxın…

“American Thinker”, ABŞ . 13 mart 2022.
Tərcümə etdi: Lətif.A

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*