Qloballaşma sona çatır: Üçüncü Dünya müharibəsi başlayırmı? – “The American Prospect”dən İLGİNC AÇIQLAMAbackend

Qloballaşma sona çatır: Üçüncü Dünya müharibəsi başlayırmı? - “The American Prospectdən İLGİNC AÇIQLAMA

Rusiya və Çin ABŞ-ın soyuq müharibədən sonrakı dünyada əkdiyi qloballaşma modelini məhv edib.

Amerika bunu geniş xalq kütlələrinin maraqları bahasına edib. Bu model sona çatdı. Və ona görə də insan hüquqlarını pozan Amerika banklarına və korporasiyalarına qarşı sanksiyalar tətbiq edilməlidir.

Artıq qlobal iqtisadi və maliyyə sistemi heç vaxt əvvəlki kimi olmayacaq. 1914-cü ilin avqustunu yada salmaq kifayətdir. Birinci Dünya Müharibəsindən əvvəl Avropanın iqtisadiyyatı ticarət və maliyyə sahəsində indiki kimi bir-birinə sıx bağlı idi.

O zaman, kapitalın ixracı İngiltərənin aparıcı ticarət məhsulu idi. Malların idxalı və ixracı istənilən Avropa ölkəsinin iqtisadiyyatının əsas hissəsini təşkil edirdi. Pasport olmadan bütün qitəni gəzmək mümkün idi. Sanki Avropa Birliyi artıq mövcud idi.

Norman Angell (Ralph Norman Angell – ingilis yazıçısı və jurnalisti, Leyboristlər Partiyasından parlament üzvü. 1933-cü ildə Nobel Sülh Mükafatı laureatı. O, müharibə və faşizmə qarşı çıxış etdi – təqribən İnoSMI) Tom Fridmanın sələfi 1910-cu ildə ironik olaraq “Böyük İllüziya” adlı kitabında hərbi tikintini pisləyirdi və ictimaiyyəti inandırırdı ki, Avropa ölkələri arasında iqtisadi qarşılıqlı asılılığın bu səviyyədə olması səbəbiylə qitədə heç bir böyük müharibə mümkün deyil.

Hətta yay tətili planlarını pozmaq istəməyən avropalılar avqust müharibəsinin bir neçə həftəyə bitəcəyini gözləyirdilər. Lakin Birinci Dünya Müharibəsi təkcə 20 milyon insanın həyatına son qoymadı və müharibədən əvvəlki rifah dövrünü məhv etdi.

Beləcə, qloballaşmanın I dövrü acınacaqlı başa çatdı. Hətta,1919-cu il fəlakətli Versal müqaviləsi dünya ticarətini və maliyyəsini kifayət qədər bərpa edə bilmədi.

Son illərdə isə bəşəriyyət qloballaşmanın ikinci dövrünü izlədi. İkinci Dünya Müharibəsindən sonra “Bretton Woods” sistemi idarə olunan qlobal ticarət formasını yaratdı. Burada ölkələr yüksək məşğulluğa, rifah dövlətlərinə və iqtisadi planlaşdırmaya nail olmaq üçün kifayət qədər siyasi məkana malik idilər.

Tarix təkrar olunur. Dinclik və rifah içində yaşayan Avropa dövlətləri özlərini qanlı müharibədən və iqtisadi tənazzüldən çox uzaq hiss edirlər. Lakin tarixi həqiqətlər sübut edir ki, ticarət üzərində qurulan ittifaqlar əbədi və möhkəm olmur. Elə isə Avropa İttifaqını gözləyən acı sürprizlərə hazır olaq…

“The American Prospect”, ABŞ. 12 mart 2022.

Tərcümə etdi: Lətif.A,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*