Qorxunc Proqnoz: İlin sonunadək 40 milyona yaxın insan koronavirusun qurbanı ola bilərbackend

Qorxunc Proqnoz: İlin sonunadək 40 milyona yaxın insan koronavirusun qurbanı ola bilər

London İmperial Kollecinin (İngiltərə) bildirdiyinə görə, COVID-19 pandemiyası, xəstəliyin yayılmasının qarşısını alan profilaktik tədbirlər olmasa, 2020-ci ilin sonuna qədər 40 milyon insanın ölümünə səbəb ola bilər.

KONKRET.az xəbər verir ki, bütün təhlükəsizlik tədbirlərinə məhəl qoyulmayacağı təqdirdə koronavirus epidemiyasının daha da inkişafına və yeddi milyard insana yoluxmasına səbəb olacağı istisna edilmir. Kontaktların sayı uşaqlar, gənclər və böyüklər üçün 40 faiz, yaşlı insanlar üçün 60 faiz azaldıla bilsə, bu say iki dəfə azalacaq.

Tədqiqat göstərir ki, yoxsul ölkələr inkişaf etmiş ölkələrə nisbətən daha çox insan itirəcək. Qeyd olunan ali məktəbin yayımladığı press-relizdə COVID-19 probleminin Yer kürəsindəki bütün ölkələr üçün ortaq olduğu vurğulanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*