backend

Qubernatorun müşaviri: İranın Rusiya ilə güclü tarixi əlaqələri var

Rusiya ilə İran arasında tarixən möhkəm əlaqələr formalaşıb.

KONKRET.az xəbər verir ki, bunu RİA Novosti-yə müsahibəsində İranın Fars vilayəti hökumətinin qubernatorunun müşaviri, Şiraz Universitetinin təhsil və elm sahəsində əməkdaşlıq üzrə direktoru Moytaba Binəzadə deyib.

O qeyd edib ki, ölkənin şimalında rus köklü iranlılar yaşayır.

“Onlar İran ərazisinə yüz iki yüz il əvvəl gəliblər. Mənim Rusiyadan olan qohumlarım və dostlarım var. Beləliklə, iranlıların Rusiya ilə digər ölkələrlə müqayisədə daha çox mədəni əlaqələri var” – deyə Moytaba Binəzadə əlavə edib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*