Quraqlıq 21 milyon insana necə təsir edib? – NASA 7 illik fotoları YAYDIbackend

Quraqlıq 21 milyon insana necə təsir edib? - NASA 7 illik fotoları YAYDI

Meksikadakı quraqlıq və su problemi NASA-nın kosmosdan çəkdiyi fotoşəkillərlə bir daha öz təsdiqini tapıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, quraqlığın bölgədə yaşayan 21 milyondan çox insana təsir etdiyi bildirilir. NASA-nın fotoşəkillərinin isə 2015-2022-ci illəri əhatə etdiyi açıqlanıb.

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Meksikanın şimalındakı Nuevo Leon əyalətindəki Cerro Prieto bəndinin 20 iyul 2015 və 7 iyul 2022-ci il tarixlərində çəkilən peyk fotoşəkillərini yayıb. Şəkillərdən bənddəki suyun səviyyəsinin indiyədək ən aşağı həddə endiyi aydın görünür.

NASA Meksikada son illərdə yaşanan quraqlığın 21 milyondan çox insana mənfi təsir etdiyini bildirib.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*