Rəmiş ağır əməliyyat keçirəcək – AÇIQLAMAbackend

Rəmiş ağır əməliyyat keçirəcək - AÇIQLAMA

Xalq artisti Rəmişə (Rafiq Hüseynov) qaraciyər köçürüləcək.

KONKRET.az bildirir ki, bu barədə tanınmış gitara ifaçısının həkimi Nuru Bayramov “Elgizlə izlə” verilişində məlumat verib.

Həkim qeyd edib ki, Rəmişdə hepatit C mənşəli xroniki qaraciyər xəstəliyi aşkarlanıb:

“Ağciyərində də problem var. Hazırda Rəmiş müəllimi qaraciyər transplantasiyasına namizəd kimi qəbul edirik. İndi müalicə davam edir. İlk növbədə ağciyərini yoxlayırıq. Bu arada da vaxt itirməmək üçün hepatit C-nin müalicəsinə də başlanılıb. Müalicə təxminən altı ay davam edəcək.Qarına su yığılmağı qaraciyərindəki problemlə bağlıdır. Ağciyərində hər hansı problem olmasa, yaxın gələcəkdə qaraciyər dəyişdirilməsini həyata keçirəcəyik”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*