Reuters TASS ilə əməkdaşlığı DAYANDIRMAĞA QƏRAR VERDİbackend

Reuters TASS ilə əməkdaşlığı DAYANDIRMAĞA QƏRAR VERDİ

Reuters TASS ilə əməkdaşlığı kəsir.

KONKRET.az xəbər verir ki, bu barədə Reuters-in baş icraçı direktoru vəzifəsini icra edən Metyu Kin çərşənbə günü işçilərə daxili memorandumda yazıb. Qərar Rusiya dövlət xəbər agentliyinin Ukraynadakı müharibəni işıqlandırmasına qarşı tənqidlərin artması fonunda qəbul edilib.

“Biz hesab edirik ki, Reuters Connect-də TASS məzmununun mövcudluğu Thomson Reuters Trust Principles ilə uyğun gəlmir”,- deyə Metyu Kin bildirib.

Reuters-in şərh sorğusuna cavab olaraq, TASS baş direktoru Sergey Mixaylovun çərşənbə günü Kinə göndərdiyi məktubu paylaşıb. Orada o, “Reuters-in qərarı ilə bağlı xəbərdən son dərəcə təəssüfləndiyini” ifadə edib.

“TASS jurnalistləri işlərini vicdanla və məsuliyyətlə aparırlar. İstənilən qərəzsiz təhlil təsdiq edəcək ki, dövlət xəbər agentliyi kimi TASS-ın informasiya işi qərəzsiz, obyektiv və kifayət qədər balanslaşdırılmışdır, orada dezinformasiyaya və saxta təbliğata yer yoxdur”, – deyə o yazıb.

Martın əvvəlində Getty Images foto agentliyi də redaksiya siyasətinə əməl etmədiyi üçün TASS ilə əlaqələri kəsib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*