Roman Abramoviç sahibi olduğu “Çelsi”nin idarəçiliyindən kənarlaşdırılıb.
KONKRET.az-ın məlumatına görə, bu barədə qərarı İngiltərə Premyer Liqası verib.
Qurumun bəyanatında bu addımın sanksiyalarla bağlılığı qeyd olunub: “Böyük Britaniya hökumətinin sanksiyalarından sonra Premyer Liqanın şurası Roman Abramoviçi “Çelsi”nin rəhbəri vəzifəsindən azad edib”.
Qeyd edək ki, 27 oyunda 56 xal toplayan “Çelsi” turnir cədvəlində 3-cü yerdə qərarlaşıb.
