Ronaldo bu hərəkətinə görə azarkeşdən üzr istədi – VİDEObackend

Ronaldo bu hərəkətinə görə azarkeşdən üzr istədi - VİDEO

“Mançester Yunayted”in portuqaliyalı ulduzu Kristiano Ronaldo ötən gün “Everton”la keçirilən oyunda uduzduqdan sonra onun fotosunu çəkmək istəyən gənc azarkeşin telefonunu sındırıb.

KONKRET.az xəbər verir ki, Ronaldo yayılan görüntülərdən sonra sosial media hesabında paylaşım edərək həmin azarkeşdən üzr istəyib.

“Çətin anlarda duyğularımızı idarə etmək asan deyil. Hörmətli, səbirli, yaxşını sevən gənclərə hər zaman nümunə olmalıyıq. Hərəkətimə görə üzr istəyirəm və mümkünsə həmin azarkeşi “Old Trafford”da bir matça dəvət etmək istəyirəm”, – Ronaldo bildirib.

Qeyd edək ki, ötən gün “Mançester Yunayted” “Everton”a 1:0 hesabı ilə məğlub olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*