Rubinyan və Rusiya səfiri Türkiyə-Ermənistan danışıqlarını müzakirə etdilərbackend

Rubinyan və Rusiya səfiri Türkiyə-Ermənistan danışıqlarını müzakirə etdilər

Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan Rusiya səfiri Sergey Kopırkin ilə Ankara və İrəvan arasında münasibətlərin normallaşdırılması məsələlərini müzakirə edib.

KONKRET.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.

Rubinyan görüşü konstruktiv adlandıraraq, Ermənistanın problemlərin mənalı proses vasitəsilə həllində maraqlı olduğunu bildirib.

Öz növbəsində Kopırkin Rusiya tərəfinin İrəvanla Ankara arasında münasibətlərin normallaşması üçün səylərini davam etdirəcəyini bildirib. Qafqazinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*