Rus hərbçilər ukraynalı jurnalisti 8 günlük işgəncədən sonra AZAD ETDİLƏRbackend

Rus hərbçilər ukraynalı jurnalisti 8 günlük işgəncədən sonra AZAD ETDİLƏR

Kaxovkada rus hərbçiləri jurnalisti 8 günlük işgəncədən sonra azad ediblər.

KONKRET.az xəbər verir ki, bu barədə jurnalist bacısının Facebook səhifəsində yazıb. Kaxovkalı jurnalist Oleq Baturin martın 20-də rus hərbçiləri tərəfindən əsirlikdən azad edilib.

Jurnalist rusların onu döyərək öldürəcəkləri ilə təhdid etdiklərini deyib.

“Martın 12-də saat 17:00-da “Kaxovka” avtovağzalında məni tutdular, səkkiz günə yaxın döydülər, alçaltdılar, hədələdilər, öldürəcəklərini dedilər. Amma bunun səbəbini dəqiq bilirdilər. Sındırmaq, tapdalamaq istəyirdilər. Hər jurnalistin başına nə gələcəyini göstərirdilər. Səni məhrum edəcəklər. Səni öldürəcəklər. 8 günə yaxın başımı aşağı salıb oturdum. Qorxurdular ki, mən onların üzünü görərəm”, – deyə Baturin bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*