Bu gün Rusiya və Azərbaycan liderləri Vladimir Putin və İlham Əliyevlə görüş üçün Moskvaya səfər edən Ermənistan Baş naziri Nikol Paşinyanın Moskvadan 1 milyard 150 min dollar məbləğində kredit götürəcəyi gözlənilir.
KONKRET.az modern.az-a istinadən xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
“Rusiya 44 günlük müharibə zamanı Ermənistana məhz bu məbləğdə silah satmışdı. Rəhbərlik yardımın qarşılıqsız olması barədə xahiş belə etməyib”, – deyə erməni mediasının hökumətdəki mənbəsi deyib.
Beləliklə, Ermənistanın xarici borcu daha 1 milyard dollardan çox artmış olacaq.
