Rusiya dörd ölkənin yeddi diplomatını ölkədən QOVURbackend

Rusiya dörd ölkənin yeddi diplomatını ölkədən QOVUR

Rusiya dörd ölkənin yeddi diplomatının ölkədən çıxarılmasına qərar verib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qərara əsasən Litva iki, Slovakiya üç, Latviya və Estoniyanın hərəsinin bir diplomatı həftə ərzində Rusiyanı tərk etməlidir.

Qeyd edək ki, Moskva-Praqa münasibətlərində gərginlik davam edir. Gərginlik Çexiya hakimiyyətinin Rusiyanı Vrbetiçedəki silah anbarlarında baş vermiş partlayışlarda əlinin olması ittihamlarından sonra başlayıb. Bundan sonra ölkələr qarşılıqlı qaydada bir sıra diplomatları arzuolunmaz şəxs elan edib. Çexiya ilə həmrəylik nümayiş etdirən Litva, Slovakiya, Latviya, Estoniya, həmçinin ABŞ, Bolqarıstan, Ukrayna, Polşa və Rumıniya da rusiyalı diplomatlarla bağlı analoji addım atıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*