“Rusiya “Hizbullah”ın 800 muzdlusunu döyüşlərə cəlb edir” – KİVbackend

“Rusiya “Hizbullah”ın 800 muzdlusunu döyüşlərə cəlb edir” - KİV

Martın 29-da 200 “Hizbullah” muzdlusunun Rusiya tərəfində Ukrayna ilə müharibə üçün Belarusa göndərilməsi planlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın “Novaya qazeta” nəşri yazıb.

Bildirilib ki, Rusiyaya bağlı “Vaqner” özəl hərbi şirkətinin (ÖHŞ) nümayəndələri silahlı “Hizbullah” qruplaşması ilə yaraqlıların Ukraynaya göndərilməsi ilə bağlı danışıqlar aparıblar.

Məlumata görə, tərəflər Ukraynaya döyüşmək üçün 800 “Hizbullah” döyüşçüsü göndərmək barədə razılığa gəliblər. Hər bir döyüşçünün aylıq 1 500 ABŞ dolları məbləğində maaş alacağı vurğulanıb. Həmçinin bu qərara bonus olaraq “Hizbullah” və dolayısı ilə İran böyük razılaşmalar üçün müəyyən imtiyazlar qazana bilər.

Qeyd olunub ki, bu görüşdən qısa müddət sonra “Hizbullah” Suriyanın Hums əyalətinin Quseyr şəhərində səfərbərlik bürosu açıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*