“Rusiya ilə danışıqlarımız fasiləsiz davam edir”.
KONKRET.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri Mixaylo Podolyak deyib. O bildirib ki, Rusiya nümayəndə heyəti ilə danışıqlar videoformatda fasiləsiz davam edir. Bununla əlaqədar İşçi qruplar yaradılıb.
“Rusiya nümayəndə heyəti ilə danışıqlar videoformatda davamlı olaraq davam edir. Xüsusi işçi alt qruplar yaradılıb. Ukraynanın mövqeləri çox sərt əvvəlki direktivlərlə müəyyən edilir”, – deyə Podolyak qeyd edib.
Xuraman Etibarlı,
KONKRET.az
