Rusiya İtaliya diplomatını ölkədən ÇIXARIRbackend

Rusiya İtaliya diplomatını ölkədən ÇIXARIR

Rəsmi Moskva Romanın hərəkətlərinə cavab olaraq, İtaliyanın diplomatik nümayəndəliyinin işçisini ölkədən çıxarır.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat verib.

“İtaliyanın Moskvadakı səfiri Paskuale Terraççano Rusiya Xarici İşlər Nazirliyinə dəvət edilib və orada müdafiə attaşesi köməkçisi, Rusiyanın İtaliyadakı səfirliyinin hərbi-dəniz attaşesi Kurçio Paçifiçinin “arzuolunmaz şəxs” elan edilməsi ilə bağlı bir nota verilib”,- deyə açıqlamada qeyd olunub.

Diplomat Rusiya ərazisini gün sonuna qədər tərk etməlidir.

Xarici İşlər Nazirliyi, eyni zamanda italyan səlahiyyətlilərin hərəkətlərini düşmənçi və əsassız adlandırıb. Öz növbəsində, rəsmi Roma da Moskvanın qərarını ədalətsiz adlandırıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*