Rusiya Müdafiə Nazirliyi Şuşa ətrafında atəşkəsin pozulması haqda məlumat yayıb.
KONKRET.az xarici mediaya istinadən xəbərinə görə, Rusiya Müdafiə nazirliyinin açıqlamasında qeyd olunur ki, son bir gündə atəşkəsin ciddi şəkildə pozulması halı müşahidə olunmayıb. Amma avqustun 9-da Qarabağdakı erməni yaraqlıları ilə Azərbaycanın silahlı Qüvvələri arasında atışma baş verib.
Məlumatda qeyd olunur ki, sülhməramlıların səyi ilə atışma dayandırılıb və itki olmayıb. Faktla bağlı Rusiya sülhməramlı kontingentinin komandanlığı Ermənistan və Azərbaycan tərəfləri ilə araşdırma aparır.
Müşviq Tofiqoğlu
KONKRET.az