Rusiya öz imicinin hayındadır – Artyom Karaqodinin şərhindənbackend

Rusiya öz imicinin hayındadır - Artyom Karaqodinin şərhindən

Ermənistan və Azərbaycan arasındakı anlaşma hələ də bütün dünyanın diqqətindədir. Bakı əvvəlcədən qoyulan hədəflərə çata bilməsə də ciddi uğurlar qazanıb.

KONKRET.az xəbər verir ki, rusiyalı siyasi şərhçi Artyom Karaqodin hesab edir ki, erməni qoşunlarının geniş əraziləri tərk etmək məcburiyyətində qalmasının bir neçə səbəbi var. “Nəzərə alaq ki, Azərbaycan Ordusu böyük texniki üstünlüyə malikdir. Digər cəhətdən ermənilər öz qüvvələrinə həddindən artıq güvənirdi. Ona görə də müharibə zamanı düzgün qərarlar qəbul edilə bilməzdi. Ermənilərin manevr imkanları sıfıra bərabər idi”.

Karaqodin bildirir ki, hakimiyyətə gəldikdən sonra heç vaxt qərbyönümlü olduğunu inkar etməyən Nikol Paşinyan ilk aylarda ordu sıralarını keçmiş prezidentlərin – Robert Köçəryan və Serj Sarkisyanın tərəfdaşlarından uğurla təmizləməli oldu. Eyni zamanda, Rusiya ilə sıx əməkdaşlıq edən zabitlər ordudan qovuldu. Nikol unutdu ki, işdən qovulan zabitlər birinci Qarabağ müharibəsi zamanı əsl döyüş təcrübəsi qazanmışdı. Bundan əlavə, onlar Moskvada təhsil almışdılar, yəni ciddi hərbi təhsillərə sahib idilər.

Politoloq vurğulayır ki, bu qovulmalar olmasaydı belə Ermənistan ordusunun Azərbaycan Ordusu üzərində qalib gələcəyi ağlabatan görnmürdü. Hər halda Ermənistan böyük itkilərdən qurtula biləcəkdi. “Bütün bunlar onu deməyə əsas verir ki, Paşinyanın belə bir addımı Dağlıq Qarabağda sonu məlum olan açıq savaşa hazırlaşmasından xəbər verirdi.

Nikol eləcə də Rusiyanın Cənubi Qafqazdan tam çıxarılması üçün savaşırdı. Ancaq postsovet məkanında Rusiya təsirinə qarşı, bu ölkənin maraqlarına zidd hərəkətlər ilk dəfə deyil. Ukrayna və Gürcüstan nümunələrini misal göstərmək olar. Rusiyanı postsovet məkanındakı təsirdən məhrum etmək cəhdləri hələ ki, uğursuzdur. Məsələn, bu mübarizənin nəticəsi olaraq Şərqi Gürcüstan bütünlüklə Rusiyanın himayəsinə keçdi”.

Şərhçi bildirir ki, Rusiyanın zəiflədiyi dövrdə regional və dünya gücləri yenə fəallaşıblar. SSRİ-nin dağılmasından sonra Qərb postsovet məkanının istənilən formada reinteqrasiyasının qarşısını almaq üçün fəal şəkildə başladığı işi yeni mərhələdə davam etdirir. Bunun üçün MDB ölkələrini Rusiyanın təsir dairəsindən çıxarmaq üçün Qərb dəridən-qabıqdan çıxır. Nəticə bəllidir. Əgər dünya gücləri istədiklərinə nail olsa, Rusiya nüfuzlu dövlət hüququnu itirəcək:

“Bu hədəfi həyata keçirmək üçün həm ABŞ, həm də digər Qərb ölkələri müxtəlif növ QHT-lər yaradır. Məqsədi keçmiş SSRİ ölkələrində, o cümlədən Rusiyanın özündə də özünə sadiq bir elitanı formalaşdırmaq üçün bir çox təhsil proqramı həyata keçirir. Bu proqramın yetirmələri Vaşinqtonun “yüksək maraqları” adı altında öz dövlətlərinin mənafelərinə xəyanət etmək istəklərinə sadiqdirlər.

Hollivud, pop musiqisi və s. SSRİ kimi gücü sıradan çıxardı. Növbəti layihələr bunun sayəsində Qərb dünyadakı nüfuzunu hələ də qoruyur. “Avromaydan” liderləri Saakaşvili və eynilə də Paşinyanın hakimiyyətə gəlməsi Qərb tərəfindən bu çox təsirli vasitədən uğursuz istifadə edilməsinin açıq nəticəsidir.

Son vaxtlara qədər Rusiya səlahiyyətlilərinin tamamilə hərəkətsizliyi fonunda Avropa və xarici tərəfdaşlar bu ölkənin həyati maraqları istiqamətində gündəmlərini açıq şəkildə təbliğ edirdi. Rusiya isə susqunluq nümayiş etdirirdi. Ancaq indi vəziyyət dəyişməyə başlayıb və bəzi bölgələrdə indiyə qədər görünməyən irəliləyiş müşahidə edilə bilər”.

Politoloq hesab edir ki, ancaq Rusiyanın “yumşaq güc” strategiyasının həyata keçirilməsində çox ciddi bir təcrübəsi var: “Yalnız bir misal gətirək. 2019-cu ildə Soçidə misli görünməmiş Rusiya-Afrika sammiti keçirildi və bütün dünyaya ölkəmizin ciddi və uzun müddət Qara Qitəyə qayıtdığını nümayiş etdirdi. Beləliklə, nümayəndə heyətlərinin əksəriyyətində Sovet İttifaqı illərində SSRİ-də təhsil alanlar çoxluq təşkil edirdi. Buradakı maraqlarını həyata keçirməyə imkan verən səbəb isə Afrika ölkələrinin rəhbərliyində Rusiyaya rəğbət bəsləyən insanların olmasıdır”.

Onun sözlərinə görə, Rusiya universitetlərində əcnəbi tələbələrin pulsuz təhsili Sovet rəhbərliyinin uğurla istifadə etdiyi “yumşaq güc” strategiyasının yeganə elementidir. SSRİ-nin dağılmasından 30 il keçməsinə baxmayaraq, uğurla həyata keçirilən bu siyasətin bəhrələrindən Rusiya hələ də istifadə edir.

Artyom Karaqodin fikirlərini belə yekunlaşdırır:

“Hələ postsovet məkanında eyni dərəcədə anlaşılan bir siyasətin olmaması sərhədlərimizdə problemlərin yaranmasına səbəb olub. Belorusdakı qarışıqlıq, Rusiyanın imicinə təsir göstərmiş Qarabağdakı müharibə, KTMT üzvü olan Ermənistanın hərbi məğlubiyyəti öz sözünü deyib. Bütün bunlar isə Rusiyanın imicinə olduqca mənfi təsir göstərdi.

Rusiya bu imici bərpa edəcəkmi?”

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*