“Ruslar Severodonetskdəki ərzaq anbarlarını hədəfə alırlar. Bir həftə ərzində düşmən tərəfindən bir neçə hədəf vuruldu. Martın 25-də axşam saatlarında daha bir ərzaq anbarı dağıdıldı. Xoşbəxtlikdən heç kim zərər görmədi. Rus ordusunun başqa bir məqsədi mülki insanları qidasız qoymaqdır. Onlar bunu “xüsusi əməliyyat” adlandırırlar”.
KONKRET.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Luqansk Polis İdarəsinin rəisi Serxi Qayday Telegram-da məlumat verib.
O, əmin edib ki, Luqansk vilayətində heç bir humanitar fəlakət olmayacaq: ərzaq və lazım olan hər şey zirzəmilər və bomba sığınacaqları vasitəsilə çatdırılır, insanlar hər gün ölkənin təhlükəsiz bölgələrinə evakuasiya edilir, rabitə mümkün qədər bərpa olunur.
Patrul polisi və xilasedicilər ərzaqların çatdırılmasına köməklik edirlər.
Natiq Səlim,
KONKRET.az
