Rusiya: “Ukrayna kəşfiyyatı Rusiya döyüş təyyarələrini qaçırmağa cəhd edib”backend

Rusiya: "Ukrayna kəşfiyyatı Rusiya döyüş təyyarələrini qaçırmağa cəhd edib"

Ukrayna hərbi kəşfiyyatı rus pilotlarına pul və AB vətəndaşlığı verəcəyini vəd edərək Rusiya döyüş təyyarələrini qaçırmağa cəhd edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) bəyanat yayıb:

“Federal Təhlükəsizlik Xidməti NATO xüsusi xidmətinin nəzarətində olan Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin Rusiya Aviasiya Qüvvələrinin döyüş təyyarələrinin qaçırılması üzrə həyata keçirdiyi əməliyyatı aşkar edib və dayandırıb”.

“Ukrayna hərbi kəşfiyyatçıları pul və Aİ vətəndaşlığı verəcəyi vədləri ilə Rusiya hərbi pilotlarını Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan hava limanlarına uçmağa razı salmağa çalışıblar”, – FTX-nin bəyanatında deyilir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*