“Rusiya Xerson yaxınlığındakı Çernobaevka aerodromundan helikopterlərinin böyük hissəsini geri çəkib”.
KONKRET.az xəbər verir ki, NYT bu barədə “Planet Labs” peyk görüntülərinə istinadən məlumat yayıb.

Bunun əsas səbəbi kimi, Rusiyanın Ukraynanın cənubundakı hərbi uğursuzluqları göstərilir.
Qeyd edək ki, Xerson böyük əhəmiyyətə malikdir. Belə ki, Xersona nəzarət bütövlükdə Ukraynanın cənubuna hökmranlıq etmək deməkdir.
Xatırladaq ki, Ukrayna qoşunları Çernobaevkada rus hərbçilərini 8 hücumunu dəf edib. Ukrayna Prezidenti Volodimir Zelenski Çernobaevkanın dünyanın müharibələr tarixinə düşəcəyini bildirib.
Vəsilə İbrahim,
KONKRET.az
